Medianews.az
Azərbaycan klubunun 8 futbolçusu <span style=color:red>həbs edildi
236 baxış

Azərbaycan klubunun 8 futbolçusu həbs edildi

Birinci Liqada çıxış edən “Mingəçevir” klubunun 8 futbolçusu həbs olunub. “Qafqazinfo” xəbər verir ki, həmin futbolçular oyun alqı-satqısında ittiham olunduğu üçün həbs ediliblər. AFFA məsələ ilə bağlı açıqlama yayıb: “AFFA bu məsələlərdə daim sərt mövqe tutub və bundan sonra da oyunların manipulyasiya edilməsinə qarşı ciddi mübarizə aparacaq. Bəli, dediyiniz məsələdən xəbərdarıq. Sadəcə hazırda araşdırma getdiyindən məsələ ilə bağlı geniş açıqlama verə bilməyəcəyik. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.” Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq Publika.az saytı yayıb.

Bizə qoşulun