26.12.2024, 06:59
121 baxış
Lamiyə
Satıcıya əsəbləşib motosikletini YANDIRDI – VİDEO
Türkiyənin Adana şəhərinin Ceyhan rayonunda Burak Açıkgöz adlı sakin motosikletinin üzərinə benzin tökərək yandırıb.
Medianews.az “Sözcü”yə istinadən xəbər verir ki, buna səbəb kişinin motosikletini dəyişmək istəyinə satıcıdan aldığı mənfi cavab olub.
İki uşaq atası olan Burak Açıkgöz, yeni aldığı motosikletin davamlı olaraq xarab olduğunu, servisdə aparılan təmirə baxmayaraq problemlərin davam etdiyini bildirib.
“Zəng edib fabrikə xidmət haqqını ödədim, amma problem həll olunmadı. Gündə 800 lirəyə gecə işləyirəm. Uşaqlarımın ruzisini bu motora 100 min lirə bağlamışdım. “Ayıb olsunlar, istəyirəm hamı bunu eşitsin, görsün”, - kişi deyib.
Şirkət səlahiyyətlilərindən şikayətçi olan Açıkgöz ifadəsi alınmaq üçün polis bölməsinə aparılarkən, yanmış motosiklet ailəsinə təhvil verilib.