Medianews.az
Dünyanın ən güclü pasportların <span style=color:red>REYTİNQİ
174 baxış

Dünyanın ən güclü pasportların REYTİNQİ

Dünyanin ən güclü pasportların siyahısı açıqlanıb. Medianews.az “Sözcü”əyə istinadən xəbər verir ki, dünyada pasportların gücü ilə bağlı 2024-cü ildə aparılan araşdırmalar bir daha Birləşmiş Ərəb Əmirliklərini zirvəyə çıxarıb. Türkiyə 86-cı yerdədir. Avropa ölkələri ilk 20-likdə 19 mövqedə üstünlük təşkil edib, BƏƏ pasportu isə ardıcıl dördüncü ildir ki, dünyanın ən güclü pasportu seçilib. Arton Capital görə, ilk 20-likdə Avropa ölkələrinin böyük üstünlüyü olub. İlk 20-likdə 19 Avropa ölkəsi olduğu halda, İspaniya ikinci, Finlandiya üçüncü yerə yüksəlib. Fransa dördüncü yeri tutub və G20 ölkələri arasında ən güclü pasporta sahib olub. Almaniya ötən illə müqayisədə mövqeyini itirərək beşinci yerə düşüb. Daily Mail-də yer alan xəbərə görə, Böyük Britaniya 2024-cü ildə 10 pillə geriləyərək 32-ci yerə yüksəlib. Britaniya vətəndaşları 125 ölkəyə vizasız, 49 ölkəyə isə gəldikdən sonra viza ilə səyahət edə bilərlər. 2017-ci ildə ilk 10-luqda olan İngiltərə son illər bu üstünlüyünü sürətlə itirib. ABŞ pasportu da bu il 38-ci yeri tutaraq eniş tendensiyasını davam etdirir. Amerika vətəndaşları 123 ölkəyə vizasız, 50 ölkəyə isə viza ilə daxil ola bilərlər. Bir vaxtlar ən güclü pasportlardan biri olan ABŞ pasportu 2019-cu ildən bəri ilk 20-likdə yer almayıb. Asiyanın ən güclü pasportu 21-ci yeri tutan Cənubi Koreya olub. Yaponiya 25-ci, Sinqapur isə 30-cu yerdə qərarlaşıb. Bu nəticələr göstərir ki, Asiya ölkələri qlobal mobillikdə güclü mövqelərini qoruyub saxlayırlar. ƏN GÜÇLÜ PASPORTLARIN RƏTİNQİ 1. BƏƏ 2. İspaniya 3. Finlandiya 4. Fransa 5. Almaniya 6. Belçika 7. İtaliya 8.Danimarka 9. Hollandiya 10. Lüksemburq 11. Avstriya 12. Portuqaliya 13. Norveç 14. İsveçrə 15. Yunanıstan 16. İrlandiya 17. İsveç 18. Polşa 19. Macarıstan 20. Çexiya 21. Cənubi Koreya 22. Estoniya 23. Xorvatiya 24. Slovakiya 25. Yaponiya

Bizə qoşulun