24.12.2024, 08:10
258 baxış
Lamiyə
Faciə: İt sürüsü qadını PARÇALADI
Rusiyanin Xabarovsk diyarının Oktyabrski kəndində it sürüsü 68 yaşlı qadını parçalayaraq öldürüb.
Medianews.az “Daily”ə istinadən xəbər verir ki, hadisə qadının su üçün quyunun yanına yaxınlaşdığı zaman baş verib.
Yaşlı qadın dişləmə və aldığı xəsarətlərdən yerindəcə keçinib. Qonşular onun qan içində meyitini görüb və polisə müraciət ediblər.
Faciənin bütün hallarını yoxlanılır və ekspertiza təyin edilib.
İtləri gəzməyə buraxan aqressiv itlərin iddia edilən sahibi tapılıb.
Faktla bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Günahkarı iki ilə qədər həbs gözləyir.
Xabarovsk diyarının prokurorluğu qeyd edib ki, vilayət hökuməti itləri tutmaq üçün 288 milyon rubl ayırıb. İndi idarə bu vəsaitin nə dərəcədə səmərəli xərcləndiyini yoxlayacaq.