Medianews.az
Mənasız və nəticəsiz MÜHARİBƏ: <span style=color:red>Xamenei məğlubiyyətə DON GEYİNDİRİR - FOTO
219 baxış

Mənasız və nəticəsiz MÜHARİBƏ: Xamenei məğlubiyyətə DON GEYİNDİRİR - FOTO

İranın ali rəhbəri Əli Xamenei bir qrup məddah və şairlə görüşündə İslam Respublikasının regionda vəkil qüvvələrini itirməsi ilə bağlı təhlilə istinad edərək deyib ki, ölkəsinin heç bir proksi qüvvələri yoxdur. "Azad İran" "Telegram" kanalın məlumatına görə, Xamenei əlavə edib ki, "Hizbullah", husilər, HƏMAS, "İslami Cihad" öz əqidələri uğrunda mübarizə aparır və bu qruplar İranı təmsil etmirlər. Son dövrlərə qədər sözügedən qruplaşmaları müqavimət hərəkatı kimi təqdim edən, onlara hərtərəfli dəstək olan İranın ali rəhbərinin birdən-birə belə açıqlaması nədən qaynaqlanır? Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirilib ki, Tehran hakimiyyəti Yaxın Şərq regionunda şər bucağı sayılır. Onun sözlərinə görə, “İsrailə ölüm”, “Amerikaya ölüm” şüarı bu rejimin əsas siyasi-ideoloji prinsiplərindədir: “İran regionun şər bucağı sayılır. Hesab olunur ki, “Hizbullah”ı, HƏMAS-ı, “İslami Cihad”ı, husiləri, həmçinin Bəşər Əsədi, eyni zamanda Suriya, İraq, Livan, Fələstin və Yəməndəki bəlli olmayan başqa qüvvələri Tehran hakimiyyəti maliyyələşdirir, onlara siyasi-ideoloji cəhətdən dəstək verir. Qeyd olunur ki, Tehran hakimiyyəti bunlar arasında bir əlaqələndiricidir. 1980-ci ildən İranda hər il Ramazan ayının sonuncu cümə günü Qüds günü qeyd edilir. “İsrailə ölüm”, “Amerikaya ölüm” şüarı bu rejimin əsas siyasi ideoloji prinsiplərindədir. İsraili dünyanın siyasi xəritəsindən silmək istəyi də Tehran hakimiyyətinin əsas hədəflərindədndir. Əli Xamenei məlum çıxışı ilə HƏMAS, “İslami Cihad”, husilər, Bəşər Əsəd və başqa bu kimi qüvvələrin törətdiyi cinayətlərdən yaxasının çəkməyə çalışır. Əks halda Tehran hakimiyyəti həmin qruplaşmaların törətdiyi cinayətlərə görə, beynəlxalq məhkəmədə cavab verməli olacaq. Ona görə Xamenei həmin qrupları müstəqil sayır və onların öz əqidələri uğrunda mübarizə apardığını iddia edir. Amma 1970-ci ildə HƏMAS yox idi, Livanda “Hizbullah” yox idi. Bütün bu qruplaşmaların hamısı İran İslam Respublikası yarandıqdan sonra siyasi meydana çıxıb. Ayətullah Seyid Əli Xamenei bu və bundan əvvəliki bəyanatları ilə Suriyadakı məğlubiyyətlərini ört-basdır etməyə çalışır. Məsələn, əvvələr İran kütləvi informasiya vasitələri İsraili raket atəşi ilə məhv edəcəyinin iddia edirdi. İranın hərbi rəsmiləri “Hizbullah”, HƏMAS və husilərin fəaliyyətini əlaqələndirirdilər. Əgər bu qruplaşmalar İranın deyildisə, bəs onda nədən Tehran rejimi onların hərəkətini, fəaliyyətini, əməliyyatlarını əlaqələndirirdi?”. Siyasi şərhçi vurğulayıb ki, İran hakimiyyəti uzun illər ərzində xalqının rifahına xərcləyəcəyi vəsaiti ölkədən kənardakı silahlı qruplaşmalara sərf edib: “Bu yaxınlarda İsrailin Baş naziri Benyamin Netanyahu İran xaqlına müraciətində bildiridi ki, Tehran hakimiyyəti Bəşər Əsəd rejminə 30, Livanda “Hizbullah”a 20, HƏMAS-a isə milıyardlarla dollar pul xərcləyib. Bütün bu pullar çox qısa müddətdə göyə sovruldu. Yəni, Tehran hakimiyyəti mənəvi, siyasi, fiziki, texniki cəhətdən məğlubiyyətə uğramaqla yanaşı, həm də maliyyə baxımından məğlub oldu, yaxud uduzdu. Qoyulmuş sərmayə özünü doğrultmadı. Tehran hakimiyyəti özünə düşmən saydığı qüvvələrin hədəfindən də yayınmadı. Həmin o qüvvələrlə özünü hədəfdən yayındıra bilmədi. Xamenei çıxışında bildirir ki, Suriyada gənclik evi, gənclər təşkilatı yaranacaq və onlar bu ölkəni azadlığa çıxaracaq. Suriyada İran rejiminə məxsus siyasi-ideoloji, hərbi qruplar fəaliyyət göstərir. Bugünlərdə də belə bir gənclər təşkilatı varlığını elan edib. Məğlubiyyətini etiraf etməkdənsə, buna don geyindirməyə çalışırlar. İran-İraq müharibəsi zamanı həm Səddam Hüseyn, həm Xamenei mənasız və nəticəsiz müharibəyə girişdilər. Bu müharibədə nə İran dövləti, nə də İraq qazandı. Nəticədə hər ikisi çox böyük sayda insan itkisi ilə üzləşdi. Məlumatlara görə, hər iki tərəfdən 3 milyondan çox insan öldü, iqtisadiyyata ciddi zərər dəydi. Yaxın Şərqdə Tehran hakimiyyətinin 1980-ci illərdən bu yana başladığı müharibədə də İran həm siyasi, həm ideoloji, həm də hərbi cəhətdən məğlub oldu. Bu məğlubiyyətləri ört-basdır etmək üçün Xamenei yaxasını kənara çəkir ki, həmin proksilərin törətdiyi cinayətlərə görə məsuliyyət daşımasın”. Nailə QASIMOVA

Bizə qoşulun