Medianews.az
Rusiyada iki yük qatarı toqquşdu - <span style=color:red>42 vaqon kömür yerə dağıldı
135 baxış

Rusiyada iki yük qatarı toqquşdu - 42 vaqon kömür yerə dağıldı

Rusiyada Zabaykal dəmir yolunda iki yük qatarının toqquşması nəticəsində hərəkət tamamilə dayandırılıb. Medianews.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə 22 dekabr yerli vaxtla saat 07:30 radələrində, Zabaykal dəmir yolunun Buşuley-Jireken hissəsində baş verib. Toqquşma nəticəsində birinci qatardan 35, ikinci qatardan isə 7 kömür yüklü vaqon relsdən çıxıb. Hadisə yerinə bərpa qatarı göndərilib. İnsident zamanı xəsarət alan olmayıb və ekoloji təhlükə yoxdur. Hərəkət hər iki istiqamətdə tamamilə dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.  

Bizə qoşulun