Medianews.az
Nazirlərə "WhatsApp" <span style=color:red>QADAĞASI
133 baxış

Nazirlərə "WhatsApp" QADAĞASI

Şotlandiya hakimiyyəti nazirlərə və hökumət işçilərinə "WhatsApp" mesencerindən rəsmi məqsədlər üçün istifadə etməyi qadağan edib. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə BBC Şotlandiyanın birinci nazirinin müavini Keyt Forbsun bəyanatına istinadən məlumat yayıb. Forbes əlavə edib ki, "WhatsApp" və digər "qeyri-korporativ" mesajlaşma sistemlərindən istifadə 2025-ci ilin yazından etibarən dayandırılacaq. Birinci nazir müavininin sözlərinə görə, məmurlardan rəsmi məqsədlər üçün yalnız "Microsoft Teams" kimi hökumət tərəfindən təsdiqlənmiş proqramlardan istifadə etmələri tələb olunacaq. Onlara iş üçün şəxsi telefonlardan istifadə etmək də qadağan ediləcək.

Bizə qoşulun