Medianews.az
Türkiyə Afrika qitəsində GÜCLƏNİR: <span style=color:red>Ankaranın ƏSAS HƏDƏFLƏRİ - FOTO
241 baxış

Türkiyə Afrika qitəsində GÜCLƏNİR: Ankaranın ƏSAS HƏDƏFLƏRİ - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib ki, təxminən 8 ay əvvəl başladığı Ankara prosesində mühüm razılaşma əldə edilib. Onun sözlərinə görə, bəzi incikliklər və anlaşılmazlıqlar birlikdə aradan qaldırılıb, Somali ilə Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımı atılıb. R.T.Ərdoğan razılaşdırılmış birgə bəyannamənin gələcək dövrdə regionda qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq, iqtisadi inkişaf və firavanlıq üçün möhkəm zəmin yaradacağına əminlik ifadə edib. Qeyd edib ki, bu, həm də dövlət xadimlərinin gələcək nəsillər qarşısında borcudur və məsuliyyətidir. Türkiyə prezidentinin sözlərinə görə, bundan sonra atılacaq addımlara birlikdə qərar veriləcək və bölgə əhalisinin əmin-amanlığını, firavanlığını artıracaq layihələr həyata keçiriləcək. Maraqlıdır, Somali və Efiopiyanı barışdıran R.T.Ərdoğanın, ümumən Türkiyə dövlətinin Afrikada hədəfləri nədən ibarətdir? Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi-siyasi ekspert, ehtiyatda olan general Yücel Karauz bildirib ki, Türkiyə təxminən 10 ildir Afrika istiqamətində genişlənir. Onun sözlərinə görə, Afrika istiqamətində genişlənmə açıq, dürüst, qarşılıqlı iş birliyi, həmrəylik təminatçısı əsasıda aparılır: “Onların qaynaqlarının istehlakçısı, istismarçısı olmaq yerinə, öz idarəçilik sisteminin təcrübələrini paylaşmaq, iqtisadi töhfələr vermək və qarşılıqlı tələbə mübadiləsi ilə gələcək üçün kadr yetişdirmək məqsədi daşıyır. Bu çərçivədə də Türkiyə son 10 ildə bütün Afrika qitəsinin tamamını əhatə edəcək şəkildə, təxminən 50-yə yaxın səfirlik açıb. Bu, çox böyük bir hadisədir. Türkiyə dünyada ABŞ-dən, inkişaf etmiş ölkələrdən sonra Afrikada ən çox səfirliyə malik olan ölkədir. Təbii ki, Afrikanın qaynaqıları çoxdur, amma eyni zamanda orada zəif inkişaf var. Həmçinin Afrikada islam dininin üzvləri də çoxdur. İnsanlara təzyiq göstərmədən Osmanlı İmperiyasının humanist, layiqli həyat modeli üçün ilham mənbəyi olaraq Türkiyəyə meyl edirlər. Türkiyə ilə Afrika münasibətləri iqtisadi, siyasi və hərbi baxımından getdikcə inkifaş edir. Ən son hadisə isə Somali və Efiopiya arasında barışa Türkiyənin ev sahibliyi etməsi, Ankaranın uzlaşdırıcı rol oynamasıdır. Bu, eyni zamnda Türkiyənin dünyadakı missiyası ildə də paralel irəliləyir”. Y.Karauz vurğulayıb ki, sadəcə Somali və Efiopiya deyil, eləcə də Rusiya və Ukrayna arasında, İsrail-Fələstin hadisəsində HƏMAS və ya digər təşkilatlarla danışa bilməsi, tərəflərlə dialoq apara bilmə imkanları baxımında Türkiyə üstün mövqeydədir: “Türkiyənin baxış bucağı Fransanın koloniyası kimi deyil, bərabər, şəffaf, dürüst münasibət inkişaf etdirmək istiqamətindədir. Bir az öncə də dediyim kimi, Türkiyənin islam ölkəsi olması, hadisələrə tərəfsiz və mənfəəti olmayan bucaqdan yaxınlaşması üstünlük qazandırır. Afrikada bu üstünlüyü təmin edən iki ölkə var: Türkiyə və Çin. Çin iqtisadi olaraq üstünlüyü təmin edir. Afrikada çox mühüm iqtisadi qazanclar əldə edib və davam edir. Türkiyə də hazırda Afrikanın istər müsəlman, istər xristian, istərsə də digər dinə mənsub olan ölkələrində rəğbətlə qarşılanır və iş birliyini inkişaf etdirir. Əsas hədəfimiz inanlığa kömək və “qazan-qazan” prinsipidir. “Mən qazanım, sən nə edirsən et” deyil. “Qazan-qazan” prinsipi ilə yanaşanda, dürüst, mərhəmətli olduğun təqdirdə qalib gəlirsən. Türkiyə də hazırda bunun çörəyini, nəticələrini yeyir”. Nailə QASIMOVA

Bizə qoşulun