Medianews.az
Naxçıvanda yol qəzası baş verib: <span style=color:red>36 yaşlı şəxs həyatını itirdi
123 baxış

Naxçıvanda yol qəzası baş verib: 36 yaşlı şəxs həyatını itirdi

Naxçıvanda yük avtomobili 34 yaşlı piyadanı vuraraq öldürüb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu, Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Culfa şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Zaur Dadaş oğlu idarə etdiyi "Volkswagen" markalı yük avtomobili ilə piyada, Culfa rayonu, Ərəzin kənd sakini, 1990-cı il təvəllüdlü Qeybullayev Qalib Hüseyn oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun