Medianews.az
Braziliyada keçiriləcək dünya çempionatının <span style=color:red>vaxtı açıqlandı
138 baxış

Braziliyada keçiriləcək dünya çempionatının vaxtı açıqlandı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında dünya çempionatının vaxtını açıqlayıb. Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. FIFA-nın şurası turnirin 2027-ci il iyunun 24-dən iyulun 25-dək keçiriləcəyini təsdiqləyib. Qeyd edək ki, yarışda 32 komanda iştirak edəcək. Onlardan 28-i seçmə mərhələlər vasitəsilə turnirə vəsiqə qazanacaqlar. Braziliya ev sahibi olduğu üçün mundialda birbaşa iştirak hüququ əldə edib. Digər 3 iştirakçının adına isə pley-off oyunlarında aydınlıq gələcək.

Bizə qoşulun