Medianews.az
Hindistan bu ölkə ilə münasibətləri <span style=color:red>davam etdirmək istəyir
122 baxış

Hindistan bu ölkə ilə münasibətləri davam etdirmək istəyir

Geosiyasi çağırışlara və xarici təzyiqlərə baxmayaraq, Hindistan Rusiya Federasiyası ilə sıx əlaqələri davam etdirəcək. Medianews.az "Moskovski komsomolets"ə  istinadən xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Racnath Singh bildirib. Moskvada Rusiyanın müdafiə naziri Andrey Belousovla danışıqlarda Hindistanın hərbi idarəsinin rəisi deyib: “Biz həmişə rusiyalı həmkarlarımızla bir yerdə olacağıq”. Geosiyasi çağırışlara qarşı mübarizə kontekstində, Moskva və Yeni Dehli arasındakı münasibətlər, onun qiymətləndirməsinə görə, gözəl sabitlik nümayiş etdirib. Hindistanın müdafiə naziri iki dövlət arasında G20, BRİKS və ŞƏT də daxil olmaqla çoxtərəfli platformalar əsasında əməkdaşlığa da toxunaraq, "Münasibətlərimiz tam sürətlə gedir" deyib. Hindistan, Sinqin sözlərinə görə, Rusiya ilə əməkdaşlığı dərinləşdirmək və genişləndirmək üçün şüurlu qərar qəbul edib.

Bizə qoşulun