Medianews.az
Naxçıvanda dumanlı havada kişini vurub <span style=color:red>ÖLDÜRDÜ
88 baxış

Naxçıvanda dumanlı havada kişini vurub ÖLDÜRDÜ

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə bu gün şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Belə ki, 67-BL-794 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil dumanlı havada yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci İsmayılov Abbas Novruz oğlunu vurub. Xəsarət alan Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun