04.12.2024, 08:57
119 baxış
Lamiyə
Sərnişinlərin olduğu təyyarə qəfildən yerə enməyə başladı
Rusiyadan Çinə uçan təyyarə qəfildən enməyə başlayıb.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, insident İrkutskdan Pekinə uçan Boeing 737 təyyarəsi ilə baş verib.
Təyyarə kəskin hündürlüyünü itirməyə başlayıb və təzyiq azalıb. Sərnişinlər panikaya düşüb.
Təyyarə komandiri eniş üçün hazırlaşmağın zəruri olduğunu bildirib. Qeyd olunur ki, pilotlar təhlükəsiz yerə enməyə nail olublar. Heç kim xəsarət almayıb.