04.12.2024, 10:35
105 baxış
Lamiyə
NATO-nun baş katibi Cənubi Koreyadakı vəziyyətlə bağlı danışdı
NATO-nun baş katibi Mark Rutte NATO xarici işlər nazirlərinin görüşü zamanı bildirib ki, alyans Cənubi Koreyada yaranan vəziyyəti diqqətlə izləyir.
Medianews.az “Moskovski komsomolets” istinadən xəbər verir ki, o, Cənubi Koreyanın NATO-nun mühüm tərəfdaşı olduğuna aydınlıq gətirib.
“Biz hazırda Cənubi Koreyadakı vəziyyəti diqqətlə izləyirik. İndi mən bu daxili vəziyyəti şərh etməyəcəyəm”, - Rutte bildirib.