Medianews.az
Ermənistanı tərk edənlərin sayı SÜRƏTLƏ ARTIR: <span style=color:red>Paşinyandan HƏYƏCAN TƏBİLİ
173 baxış

Ermənistanı tərk edənlərin sayı SÜRƏTLƏ ARTIR: Paşinyandan HƏYƏCAN TƏBİLİ

“Baş nazir Nikol Paşinyan Ermənistan vətəndaşlarının 90-cı illərdən başlayaraq, ölkəni region dövlətləri ilə mövcud münaqişələrə görə tərk etdiklərini deyib. Paşinyan “region ölkələri” dedikdə Azərbaycan və Türkiyəni nəzərdə tutub. Paşinyanın fikrincə, hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması səbəblərini göstərərək ölkəni tərk edənlər maksimum 20 faiz təşkil edib, qalanları, yəni 80 faiz təhlükəsizlik səbəbindən yaşayış yerini dəyişib. Belə olan halda məntiqi sual yaranır: ermənilər Ermənistanı Azərbaycan və Türkiyə ilə gərgin münasibətlərinə görə tərk ediblərsə, niyə eyni zamanda Azərbaycan torpaqlarının işğalı siyasətini dəstəkləyiblər? Axı onlar heç yerdə deməyiblər ki, “işğala son qoymasaq Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmayacaq”. Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Ermənistanı kütləvi tərk edənlər məskunlaşdıqları xarici ölkələrdə erməni diasporuna qoşularaq Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndirib, etirazlara qatılıblar. E.Şahinoğlunun qənaətincə, Ermənistan tərk edənlər təhlükəsiz həyat üçün başqa ölkələri seçsələr belə, bu, onların Azərbaycan və Türkiyə ilə sülhə, əməkdaşlığa üstünlük verdikləri anlamına gəlmir. Politoloq belə bir ərəfədə Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-yə səfər etməsinə də diqqət çəkib: “Ümumiyyətlə, Ermənistanın müdafiə nazirlərinin hər il Vaşinqtona çağrılmaları ənənə halını alıb. Papikyan 2022-ci ildə ABŞ-də səfərdə olanda amerikalı həmkarı Lloyd Ostinlə görüşə bilməyib. Papikyanı həmin il Ostinin müavini Kolim Kal qəbul edib. İki ölkə hərbi təhsil sahəsində əməkdaşlıq edirlər. İl ərzində Ermənistandan bir qrup hərbçi ABŞ-yə gedərək burada hərbi təhsillərini davam etdirirlər. Ermənistan ABŞ-dən hərbi texnika ala bilmir. Birincisi, bunun üçün Ermənistanın kifayət qədər maliyyəsi yoxdur. İkincisi, Pentaqon Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünü nəzərə alır. Baş nazir Nikol Paşinyan KTMT-ni sərt tənqid etsə də, bu təşkilata üzvlükdən imtinaya qərar verməyib”. E.Şahinoğlu deyib ki, S.Papikyanın ABŞ-yə budəfəki səfərinin əhəmiyyət azdır: “Çünki Suren Papikyanın Pentaqonda görüşdüyü şəxslər ay yarımdam sonra vəzifələri ilə sağollaşacaqlar. Əgər Suren Papkiyan Trampın andiçmə mərasimindən sonra Pentaqona dəvət edilib yeni rəhbərliklə görüşsəydi, bu, İrəvan üçün daha əhəmiyyətli olardı. Hər halda Papikyan gələn il də Vaşinqtona səfər edəcəyinə ümidlidir. Kreml Suren Papikyanın Vaşinqtondakı görüşlərini diqqətlə izləyir. İstisna deyil ki, Suren Papikyan geri döndükdən sonra Rusiyanın rəsmi şəxslərindən biri İrəvana səfər etsin. Bununla Vaşinqtona qarşılıqlı mesaj göndərən Kreml də ənənəvi siyasətinə sadiq qalacaq”. Turan ORUC

Bizə qoşulun