Medianews.az
Tbilisidə keçirilən aksiyada polis <span style=color:red>50 nəfəri saxlayıb
177 baxış

Tbilisidə keçirilən aksiyada polis 50 nəfəri saxlayıb

Gürcüstan hüquq-mühafizə orqanları Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı 50 nəfəri saxlayıb. Medianews.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb. Məlumata görə, etirazçılar inzibati qaydada saxlanılıb. Ümumilikdə 3 günlük mitinqlərdə saxlanılanların sayı 200-dən artıqdır. Qeyd edək ki, son iki gündə Gürcüstanın bütün şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlament binası yaxınlığında polislə etirazçılar arasında toqquşma olub. Polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Etirazların səbəbi Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək barədə bəyanatı olub.

Bizə qoşulun