Medianews.az
"Milyonlarla insan məhv olacaq" - Təhlükəli plan
215 baxış

"Milyonlarla insan məhv olacaq" - Təhlükəli plan

Qlobal maliyyə elitası bütün planetin daha bir sıfırlanmasını planlaşdırır. Medianews.az xəbər verir ki, bu barədə məşhur rus filosofu Andrey Fursov bildirib. Onun sözlərinə görə, qlobal transformasiya eyni vaxtda üç əsas istiqamətdə - sosial nəzarət, yeni istehsal amilləri və resurslara nəzarət üzrə həyata keçiriləcək. “Eyni zamanda, bu prosesin əsas tendensiyalarından biri cəmiyyətin daha da “aşağı” və “yuxarı” təbəqələşməsi olacaq. Bu tendensiyanın başlanğıcı artıq planetdə görünür.Nəhayət, elita kapitalizmin indiki böhranından çıxış yolu tapmalı olacaq. Nəticədə onu hansı sistemin əvəz edəcəyi hələlik bəlli deyil. Ancaq indi bir şeyi dəqiq demək olar: milyonlarla insan həyatdan atılacaq. Bu, daha çox kapitalizmin periferiyasında yerləşən, uzun illər ya xammal əlavələri, ya da ucuz işçi qüvvəsi mənbəyi rolunu oynayan, bir sözlə, əslində neoliberal metropoliyalar üçün müstəmləkə olan ölkələrə aiddir”, - o deyib. Ayşən

Bizə qoşulun