Medianews.az
Netanyahudan HƏMAS-a xəbərdarlıq: "Bu başlanğıcdır, liderləriniz məhv ediləcək"
202 baxış

Netanyahudan HƏMAS-a xəbərdarlıq: "Bu başlanğıcdır, liderləriniz məhv ediləcək"

“HƏMAS artıq Qəzzanı idarə etməyəcək. HƏMAS terrorçularına deyirəm: liderləriniz qaçır və onlar məhv ediləcək”. Medianews.az xəbər verir ki, bunu İsrail Baş nazir Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə, Yəhya Sinvarın öldürülməsi HƏMAS-dan sonrakı günlərin başlanğıcıdır. “Amma HƏMAS təslim olmasa və bütün girovları azad etməsə, onun ölümü belə Qəzzada müharibənin sonu olmayacaq”. Netanyahu HƏMAS liderinin ölümünün qəzzalılar üçün HƏMAS zülmündən qurtulmaq üçün bir fürsət olduğunu bildirib. “HƏMAS artıq Qəzzanı idarə etməyəcək. HƏMAS terrorçularına deyirəm: liderləriniz qaçır və onlar məhv ediləcək. Sinvar sizin həyatınızı məhv etdi. Sizi “aslan” adlandırırdı, amma özü qaçıb qaranlıq bir yuvada gizlənmişdi”, - Baş nazir vurğulayıb. Onun fikrincə, Sinvarın öldürülməsi müharibədə vacib andır:“Bu müharibə sabah bitə bilər. HƏMAS silahı yerə qoysa və girovlarımızı geri qaytarsa, bu, bitəcək”. Qeyd edək ki, HƏMAS lideri Yəhya Sinvar Qəzza zolağının Rəfah şəhərində İsrail ordusu tərəfindən məhv edilib. Ayşən

Bizə qoşulun