11.10.2024, 16:15
150 baxış
Redaksiya
"Münaqişə riski var" - Lavrov xəbərdarlıq etdi
Hərbi ittifaqların yaradılması ideyası özü ilə münaqişə riskini daşıyır.
Medianews.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, bunu Yaponiyanın Asiyada NATO-nun analoqunun yaradılması təklifini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Asiyada hərbi ittifaqların yaradılması ideyası qızğın fazaya çevrilə biləcək münaqişə təhlükəsini ehtiva edir.
Eyni zamanda, Lavrov Moskvanın Asiya-Sakit okean regionunda hərbiləşmə risklərini nəzərdən keçirdiyini vurğulayıb.
“Qərb ASEAN-ın fəaliyyətini Rusiya və Çinin maraqlarına qarşı yönəltməyə çalışır”,- o deyib.
Ayşən