Medianews.az
Pekin dünyadakı müharibələrin mənbəyini<span style=color:red> AÇIQLADI
127 baxış

Pekin dünyadakı müharibələrin mənbəyini AÇIQLADI

“ABŞ sülh üçün ən böyük təhlükə və müharibələrin mənbəyidir” Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib. "Çin dünya sülhünü qurur, qlobal inkişafa töhfə verir və dünya nizamını qoruyur, Pekin hərbi siyasətinin müdafiə xarakterinə ciddi şəkildə riayət edir və milli müdafiəni gücləndirir", - deyə Çjan Syaoqanq bildirib. Çinin müdafiə departamentinin nümayəndəsi həmçinin ABŞ-dən Çin haqqında düzgün təsəvvür formalaşdırmağı və onun hərbi inkişafını obyektiv və rasional düşünməyi tələb edib.

Bizə qoşulun