25.09.2024, 07:56
159 baxış
Lamiyə
"Biz həmişə Livanın yanında olmuşuq"
ABŞ-a səfər edən Fransa prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası ərəfəsində Fransa mətbuatına Livanla bağlı açıqlamalar verib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Makron ölkəsinin hər zaman Livanın yanında olduğunu və bundan sonra da olacağını deyib.
Livandakı hadisələri müzakirə etmək üçün bu həftə BMT Təhlükəsizlik Şurasında keçiriləcək toplantının çox əhəmiyyətli olduğunu deyən Makron regiondakı vəziyyəti nəzərə alaraq bu görüşü dəstəklədiyini bildirib.