Medianews.az
Aİ Rusiya ilə viza razılaşmasını dayandıra bilər
326 baxış

Aİ Rusiya ilə viza razılaşmasını dayandıra bilər

Avropa İttifaqı xarici işlər nazirləri gələn həftə Praqada keçiriləcək ikigünlük iclasda 2007-ci ildə Aİ-Rusiya viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasını dəstəkləməyi planlaşdırır. Medianews.az "Financial Times"a (FT) istinadən xəbər verir ki, Bu qərarın formalaşmasına Rusiyanın Ukraynada əməliyyatlara başlaması səbəb olub. Aİ-nin yüksək rütbəli rəsmisi qəzetə deyib: "Rusiyalı turistlərin şəhərlərimizdə gəzməyi bizim üçün qəbuledilməzdir. Rus xalqına siqnal verməliyik ki, bu müharibənin əleyhinəyik". Aİ rəsmisi bildirib ki, ilin sonuna qədər əlavə məhdudiyyətlərin qəbul ediləcəyi gözlənilir. Ayşən Azadova Medianews.az

Bizə qoşulun