Medianews.az
ABŞ: "Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib"
359 baxış

ABŞ: "Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib"

"Martın sonundan etibarən Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib". Medianews.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb. "Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatların sürətini bilərəkdən azaldır. Bu bəyanat Rusiyanın Ukraynadakı son 6 həftə ərzindəki sadəcə kiçik nailiyyətlərini izah etmək üçündür”, - məlumatda qeyd olunub. ABŞ institutu iddia edir ki, müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya tərəfi ciddi problemlərlə üzləşir: "Ukrayna qüvvələri Xerson və Zaporejyedə Rusiya hərbi obyektlərinə və kommunikasiya xətlərinə zərbələr endirməkdə davam edir".

Bizə qoşulun