Medianews.az
Rusiyadan Bayraktar TƏHDİDİ: "Ukraynada fabrik qurulsa vuracağıq"
362 baxış

Rusiyadan Bayraktar TƏHDİDİ: "Ukraynada fabrik qurulsa vuracağıq"

Baykar şirkətinin Ukraynada "Bayraktar TB2" pualarının istehsalına başlama ehtimalı Rusiyanın reaksiyasına səbəb olub. Medianews.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Türkiyəni hədələyərək bildirib ki, “Baykar” Ukraynada istehsal olunarsa, zavodu vuracaqlar. Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, iki ölkənin öz inventarlarını gücləndirmək səyləri davam edir. Başda Rusiya olmaqla dünyanın əhəmiyyətli gücləri, PUA istehsalında Türkiyə ilə birlikdə çalışmaq istədiklərini dilə gətirib. Eyni zamanda Ukrayna da bu ölkələrdən biridir. Buna görə də, Ukraynada mümkün PUA istehsalı artıq Rusiyanın reaksiyasını çəkib. Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Türkiyənin Baykar şirkətinin Ukraynada "Bayraktar TB2" puaları istehsal edəcək fabrikin tikintisi üçün torpaq sahəsi aldıqlarını bildirib. Medianews.az

Bizə qoşulun