Medianews.az
Ərəb mediası: Türkiyənin əməliyyatından əvvəl ABŞ-dan yeni addım
129 baxış

Ərəb mediası: Türkiyənin əməliyyatından əvvəl ABŞ-dan yeni addım

Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı gündəmdə olarkən İranın rəsmi media qurumu Press TV diqqətçəkən iddia ilə çıxış edib. Medianews.az xəbər verir ki, Press TV, Suriyanın cənub-şərqində Vaşinqtonun dəstəklədiyi Məqavir əl-Səvranın Suriyanın şimal-şərqinə doğru irəlilədiyini iddia edib. İran mediası bu iddianı Livanın ərəbdilli əl-Məyadin telekanalına əsaslandırıb. Xəbərdə ABŞ -ın dəstəklədiyi və İraq, İordaniya sərhədinə yaxın Əl-Tənf bölgəsində yerləşdirilən Məqavir əl-Səvranın Suriyanın şimalına göndərildiyi iddia edilib. İranın terror təşkilatı hesab etdiyi MAT-ın onurğasını terror təşkilatı PKK/YPG/PYD-dən təşkil etdiyi və ABŞ-a arxalanan Suriya Demokratik Qüvvələrinin bölgəyə doğru irəlilədiyi iddia edilib. Əl-Məyadin xəbərində, “Türkiyə tərəfindən yeni bir əməliyyat olacağı təqdirdə, Suriya Demokratik Qüvvələrinə bağlı qrupların bölgəni tərk etməsi halında, ABŞ-ın rəhbərlik etdiyi koalisiya bura qruplar göndərərək varlığını genişləndirməyi hədəfləyir. Suriya hökuməti neft bölgəsini ələ keçirsin”, - deyə bildirilib. Tərəflərdən məsələ ilə bağlı əlavə şərh verilməyib. Xatırladaq ki, 2016-cı ildə qurulan İnqilabçı Komando Ordusu ABŞ-ın dəstəyi ilə Suriyanın şərqində yerləşdirilib. Bu ilin aprelində ABŞ-dan dəstək alan İnqilabçı Komando Ordusu üçün Pentaqondan büdcə verilib. Leyla, Medianews.az

Bizə qoşulun