Medianews.az
Bakıda oğru götürdüyü televizorla birgə özünü 5-ci mərtəbədən yerə atdı
116 baxış

Bakıda oğru götürdüyü televizorla birgə özünü 5-ci mərtəbədən yerə atdı

Bakıda oğurluqda şübhəli bilinən kişi özünü yaşayış binasının 5-ci mərtəbəsindən yerə atıb. Medianews.az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Məcidov Nofəl Namaz oğlu Faiq Yusubov küçəsində yaşayış binasından televizor oğurlamaq istəyərkən qonşular onu görüb. N.Məcidov televizorla birgə özünü 5-ci mərtəbədən yerə atıb. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Bizə qoşulun