Medianews.az
Rusiyalı fanatları Məryəm Üzərlini ağlatdı (VİDEO)
877 baxış

Rusiyalı fanatları Məryəm Üzərlini ağlatdı (VİDEO)

images_meryem u2 "Muhteşem Yüzyıl"ın Hürrəm sultanı kimi tanınan aktrisa Məryəm Üzərliyə 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə rusiyalı fanatları video-çarx hazırlayıb hədiyyə ediblər. ANS PRESS-in xəbərinə görə, ötən ay övladını qucağına alan aktrisanı yaxınları sevindirməkdə davam edir. Belə ki, aktrisanın Rusiyada yaşayan sadiq pərəstişkarları ona "8 Mart" hədiyyəsi ediblər. Xanım pərəstişkarlar hazırladıqları video-çarxda öz arzu və sevgilərini əllərində tutduqları kağıza yazaraq nümayiş etdiriblər. Elə həmin gün "Youtube" video platformasına yüklənən video-çarxa 8 minə yaxın baxış olub. Məryəm Üzərli də həmin görüntüləri izlədikdən sonra kövrəlib. O, hisslərini sosial şəbəkədə bu cür bildirib:

"Bu video məni ağlatdı. Vauu çooooox sağ olunnnn - Allahım, çoooox şirin və sevgi doludur! Sizi çox sevirəm! Öpücüklər"

http://youtu.be/JEV9yMg-obw

Bizə qoşulun