Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe burnu qırılandan sonra maska ilə oynamağın çətinliyindən danışıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Mbappe üzündə qoruyucu maska ilə oynamağı dəhşət adlandırıb.
“Mən maskanı dəyişdim, çünki hər dəfə nəsə səhv gedirdi. Çətindir, çünki bu, baxışınızı məhdudlaşdırır, tər yığılır və onun boşalmasına imkan vermək üçün onu çıxarmaq lazımdır. Hiss olunur ki, o, 3D-də hazırlanıb” deyə paylaşaraq, maskanı ən qısa zamanda çıxaracağını əlavə edib.
Mbappe iyunun 18-də Avro 2024-ün qrup mərhələsində Avstriya ilə ilk görüşdə burnu sınıb. Əvvəlcə futbolçunun əməliyyata ehtiyacı olacağı barədə məlumatlar var idi, lakin bunun qarşısı alındı.
Medianews.az