Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.
Medianews.az xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Günün ikinci yarısının əvvəlində prezidentin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcəyini gözləyirik”, – Peskov bildirib.
O, görüşün konkret məqsədinin nə olduğu və sessiya zamanı hansı mövzuların müzakirə olunacağı barədə ətraflı məlumat verməyib.
Ayşən