ABŞ-da məhbusun etdiyi hərəkət rəsmiləri çaşdırıb.
Medianews.az xəbər verir ki, ABŞ-ın Corciya ştatının Fulton qraflığında həbsxanada məhbus olan Kavian Tomas qaldığı kamerada tunel qazıb.
Məlumata görə, Kavian Tomas tuneli qaçmaq üçün deyil, qonşuluqdakı kamerasında Derondney Rassellə hücum etmək üçün qazıb.
Tomasın Rasseli öz kamerasındakı duşdan növbəti kameraya tunel açaraq bıçaqladığını açıqlayıb. Bıçaqlanan Rasselin bədəninin yuxarı hissəsindən həyati təhlükəsi olmayan xəsarətlər aldığı bildirilib.
Hücumdan sonra səlahiyyətlilər iki kamerada axtarışlar zamanı bir neçə silah ələ keçiriblər. Köhnə həbsxana binasından çıxarılan hissələrlə kəsici alətlərin hazırlandığı müəyyən edilib.
Səlahiyyətlilər daha əvvəl oğurluq, sənədsiz silah saxlamaq və narkotik saxlamaqda günahlandırılan Tomasın törətdiyi hücumla bağlı yeni işin açılacağını da açıqlayıb.
Medianews.az