AFAD Hatayın Defne rayonunda 6.4 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Ətraf əyalətlərdə də hiss edilən zəlzələ şəhərdə yeni xarabalıqlara səbəb olub.
Medianews.az bildirir ki, Hatayda 6.4 bal gücündə zəlzələ baş verib.
Defne mahalında meydana gələn zəlzələ Adana, Konya, Mersin və Antalyada da hiss olunub.
Əldə edilən məlumata görə, zəlzələ zamanı bəzi binalar dağılıb. Zəlzələdən əziyyət çəkən şəhər sakinləri böyük qorxu yaşayıb.
Bu zəlzələdən dərhal sonra Samandağ şəhərində 5.8 bal gücündə daha bir zəlzələ baş verib. Ardıcıl olaraq baş verən yeraltı təkanlar şəhəri xarabalığa çevirib.
AFADDAN XƏBƏRDARLIQ
AFAD zəlzələdən sonra şəhər sakinlərinə xəbərdarlıq edib: “Zəlzələdən sonrakı bölgədəki zədələnmiş tikililərə girməyin. Riskli binaların ətrafında qalmayın. Dəqiq məlumat üçün rəsmi mənbələri izləyin”.