Episentri Kahramanmaraşın Elbistan rayonunda olan 7,6 bal gücündə zəlzələ Kayseridə də intensivliyini göstərib. İhlas Xəbər Agentliyinin (İHA) Kayseri Region Müdirliyinin təhlükəsizlik kameralarına əks olunan görüntülər zəlzələnin böyüklüyünü ortaya çıxarıb.
Medianews.az bildirir ki, AFAD-ın açıqladığı məlumatlara görə, episentri Kahramanmaraşın Elbistan rayonunda olan 7,6 bal gücündə zəlzələ Kayseridə böyük çaxnaşma yaradıb. Vətəndaşlar təşviş içində olduqları binalardan çıxarkən həmin anlar təhlükəsizlik kameralarına da yansıyıb.
İHA Kayseri Region Müdirliyinin təhlükəsizlik kameralarına əks olunan görüntülər zəlzələnin şiddətini ortaya çıxarıb. Zəlzələdə tutulan İHA müxbirləri ofisində də böyük çaxnaşma yaşayıb.
Medianews.az həmin görüntünü təqdim edir: