Medianews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Demet Akalın özəl məktəb qiymətlərindəki 65 faiz artıma üsyan edərək -“And içirəm, boş yerə pul xərcləyirəm, millət vəkili olmaq lazımdır”- deyərək paylaşım edib.
Bəzi məktəblərin qiymət cədvəli olduğunu iddia edən və İnstaqram hesabında foto paylaşan Akalın- “Təhsil pulsuz olmalıdır. Bunlar özəl məktəblərdir. Yanımda dövlət məktəbi olsaydı, bir an belə düşünməzdim”- deyə qeyd edib .
Akalın başqa paylaşımında məktəblərdə kitabların pulsuz olması lazım olduğunu bildirib və belə davam edib: “Kitablar pulsuz olmalıdır. Onsuz da Almaniyada belədir” -yazıb.
Mehin Mehmanqızı
Medianews.az