DÇ-2022-də Qana millisini 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, Uruqvay turnirlə vidalaşıb.
DÇ-2022-nin H qrupunun üçüncü oyununda Qana və Uruqvay “Əl-Cənub” stadionunda üz-üzə gəlib.
Qana 21-ci dəqiqədə Andre Ayyu ilə penaltidən istifadə edə bilmədiyi üçün Uruqvay 2-0 qalib gəlib. Uruqvaya qələbə gətirən qolları 26 və 32-ci dəqiqələrdə Giorgian de Arrascaeta vurub.
Bu nəticədən sonra xalını 4-ə yüksəldən Uruqvay eyni hesabda Cənubi Koreyadan 2 qol az vurduğu üçün 3-cü pillədə qərarlaşıb və turnirlə vidalaşıb.
3 görüşün yekununda 3 xalı olan və qrupu sonuncu pillədə başa vuran Qana eyni şəkildə təşkilatla vidalaşıb.
Qarşılaşmadan sonra çox məyus olan Uruqvayın təcrübəli hücumçusu Luis Suares göz yaşlarına hakim ola bilməyib.