Təyyarəyə minməsinə icazə verilməyən böyük bədənli model, “Səyahət haqqım rədd edilir. Çarəsizəm, lütfən kömək edin” deyərək kömək istəyib.
Medianews.az xəbər verir ki, model Culiana Nehme Dohaya uçan təyyarəyə artıq çəkisinə görə buraxılmayıb.
38 yaşlı sosial media fenomeni, aviaşirkət rəsmisinin oturacağa sığmayacağını bildirərək təyyarəyə minməsinə mane olmasını və çəkisinə görə ayrıseçkiliyə məruz qaldığını bildirib. İnstaqramda 118 min izləyicisi olan Culiana 22 noyabrdakı paylaşımında izləyicilərinə ailəsi ilə birlikdə Livanda tətildə olduğunu və” Air France” şirkəti vasitəsilə ölkəyə problemsiz gəldiyini bildirib.
“Təyyarə bileti üçün 1000 dollar ödəmişəm. İndi məndən ölkəmə qayıtmaq üçün yenidən “First Class” bilet almağı tələb edirlər. Bu biletlər 3000 dollardır və mənim pulum yoxdur. Nə edəcəyimi bilmirəm”,-deyə model bildirib.