ABŞ prezidenti Co Baydenin Ukraynaya 1,3 milyard dollarlıq yeni yardım paketini elan etməsindən sonra Rusiyadan reaktiv cavab gəlib.
Medianews.az xəbər verir ki, Moskva administrasiyası ABŞ-ın vitse-prezidenti Kamala Harris və “Meta”nın qurucusu Mark Zukerberq də daxil olmaqla 29 amerikalı və 61 kanadalıya sanksiya tətbiq etmək qərarına gəlib.
Rusiya ordusu səhər saatlarında Mariupolu ələ keçirdiyini elan etdikdən sonra ABŞ prezidenti Bayden Ukraynaya 800 milyon dollarlıq hərbi yardım da daxil olmaqla 1,3 milyard dollarlıq yardım paketi göndərəcəyini açıqlayıb. Sözügedən hərbi yardımın ağır silahlar, döyüş sursatları və pilotsuz uçuş aparatlarının olacağı bildirilərkən, Rusiya bayrağı daşıyan gəmilərin ABŞ limanlarına girə bilməyəcəyi də açıqlanıb.
Baydenin açıqlamalarından dərhal sonra Moskva administrasiyası 29 amerikalı və 61 kanadalıya sanksiya tətbiq etmək qərarına gəlib.Sanksiyaya məruz qalan adlar arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris və Meta şirkətinin rəhbəri Mark Zukerberq də var. Rusiya XİN bildirilib ki, yaxın günlərdə ABŞ hakimiyyətinin düşmənçilik davranışlarına cavab olaraq sanksiya siyahısını daha da artıracaq.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi ABŞ prezidenti Co Baydenin yeni elan etdiyi Ukrayna silah yardım paketində hansı silahların olduğu barədə açıqlama verib.
Bu yardımın xüsusilə Rusiyanın Ukraynanın Donbas bölgəsində başlatdığı yeni hücuma qarşı kritik əhəmiyyət daşıdığını qeyd edən Kirbi ABŞ-ın göndərdiyi silahları detallı şəkildə açıqlayıb: “Paketə 72 155 mm-lik haubitsa top sistemi, 144.000 artilleriya mərmisi, 155 mm-lik haubitsaları dartmaq üçün 72 taktiki maşın, 121-dən çox Phoenix Ghost taktiki dronları, digər sahə avadanlığı və ehtiyat hissələri daxildir”.
Turan Oruc
Medianews.az