Marmara Universiteti Hüquq Fakültəsinin keçmiş dekanı prof. dr. Serap Helvacı dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, Serap Helvacı “Qalatasaray” klubunun idarəçilərindən olan Mehmet Helvacının həyat yoldaşıdır.
Burak Elmas “Qalatasaray” klubunun keçmiş idarəçilərindən olan Mehmet Helvacının həyat yoldaşı Serap Helvacının vəfatı ilə bağlı başsağlığı mesajı verərərk bunları yazıb:
“Klubumuzun divan üzvü, Türkiyə Mülki Hüququnun veteranı cənab Mehmet Helvacının əziz ömür-gün yoldaşı prof.dr.Serap Helvacının vəfatını böyük kədərlə öyrəndim. Ona Allahdan rəhmət diləyirəm. dəyərli ailəsinə və onu sevənlərə səbr diləyirəm”.
Serap Helvacının hələlik hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Qeyd edək ki, Serap Helvacının ölümü ilə bağlı “Qalatasaray” klubunun səhifəsində də başsağlığı mesajı dərc olunub.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da Serap Helvacı haqqında paylaşım edib.
“Marmara Universiteti Hüquq Fakültəsinin keçmiş dekanı, uzun illər birlikdə çalışdığımız dəyərli hüquqçu, professor Serap Helvacının vəfat etməsini böyük bir üzüntü ilə öyrəndim. Müəlliməmizə Allahdan rəhmət, kədərli ailəsinə, dostlarına və tələbələrinə başağlığı verirəm” – deyə TBMM sədri deyib.
Serap Helvacı Kimdir?
Serap Helvacı 1959-cu ildə Türkiyənin Edirne şəhərində anadan olub. O, ibtidai təhsilini Edirne şəhidi Asim adına orta məktəbdə, lisey təhsilini isə Qalatasaray Liseyində bitirib. Daha sonra ədəbiyyat fakültəsində bir il təhsil alıb. 1983-cü ildə isə hüquq fakültəsini bitirib.
Elə həmin il Sosial Elmlər İnstitutunun Özəl Hüquq şöbəsində başladığı magistratura pilləsini 1985-ci ildə bitirib və doktorantura imtahanları verib. Doktorantura təhsilinə də Sosial Elmlər İnstitutunun Özəl hüquq şöbəsində başlayıb.
1987-ci ildə Ali Təhsil Qurumunun verdiyi təqaüdlə iki il müddətinə İsveçrəyə, Lozanna Universitetinin Hüquq fakültəsinə gedib. O, vəfatına kimi Marmara Universiteti Hüquq Fakültəsinin Özəl hüquq kafedrasının müdiri və Mülki hüquq kafedrasında müəllim vəzifələrində çalışıb.
Serap Helvacı, Qalatasaray Liseyindən oxuduğu zamanlarda tanış olduğu dostu Prof. Dr. Mehmet Helvacı ilə evlidir. Cütlüyün Sinan və Səlim adlı iki oğlu var.
Turan Oruc
Medianews.az