Məşhur Azərbaycan əsilli ukraynalı model “Miss Ukrayna-201” müsabiqəsinin qalibi Fəridə İbrahimovanın sosial şəbəkədə paylaşdığı video qısa müddətdə çox sayda bəyənilib.
BAKU.WS-in məlumatına görə, İnstagram hesabında videonu paylaşan Fəridə İbrahimova gözəl oriyental rəqsi ilə diqqət çəkib.
Azərbaycanlı modelin rəqsinin videosunu qısa müddətdə 12 minə yaxın insan izləyib.
Fəridə İbrahimova “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimində oriyental rəqsi ilə daha da məşhurlaşıb.
Sosial şəbəkələrdə bəyənilən videonu təqdim edirik.