Fransa prezidenti Emmanuel Makron ölkədəki parlament seçkilərinin birinci turunda məğlub olduqdan sonra ictimaiyyət qarşısına çıxmayıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Qəzet yazır: “Fransa prezidenti sonuncu dəfə səsvermənin nəticələrinin açıqlanmasından bir neçə saat əvvəl Le Touquet-Paris-Plage kommunasında həyat yoldaşı Bricit Makronla gəzərkən görülüb ”.
Materialın müəllifləri əlavə ediblər ki, Makronu indi “artan siyasi təcrid” gözləyir.
Medianews.az