Bir vaxtlar “Azəristar” yarışmasının qalibi olmuş Vaqif Şıxəliyevin yaradıcılığındakı durğunluq gözdən yayınmır.
Sənətçi bununla bağlı Medianews.az-a açıqlama verib.
“Açığı, hazırda yay aylarıdır, ona görə yeniliklər yoxdur. Amma yeni mövsümdə təzə mahnımı tamaşaçılara təqdim edəcəyəm. Bu dəfə Tunar Rəhmanoğlu ilə işbirliyimiz olacaq, kliplərimi də təqdim edəcəyəm” – deyə V.Şıxəliyev qeyd edib.
Medianews.az