Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Kiyevə gəldiyini bildirib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, siyasətçi səfərinin məqsədini Facebook səhifəsində açıqlayıb.
“Macarıstanın sədrliyinin məqsədi Avropa İttifaqının üzləşdiyi problemlərin həllinə töhfə verməkdir. Ona görə də ilk səfərim məni Kiyevə apardı”, – Macarıstan hökumətinin başçısı bildirib.
Medianews.az