Rusiyanın Kalininqrad şəhərində karate üzrə Rusiya çempionu Alibek Hacıkurbanov onun idman bölməsində təhsil alan məktəblini döyüb.
Medianews.az xəbər verir ki, bu barədə Amber Mash Telegram kanalı məlumat yayıb.
Uşağın atası bildirib ki, məşqçi 12 yaşlı şagirdin ayağına dəyənəklə bir neçə dəfə zərbə endirib. Buna səbəb kimi oğlanın onu erkən götürmək istəyən valideynlərinin fikri ilə razılaşmadığı iddia edilib.
Məşqçi iddia edir ki, onun əlində çubuq yox, plastik boru olub. Xəsarət alan uşağa göyərmə diaqnozu qoyulub, qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.
Medianews.az