Kareliyada kişi həyat yoldaşını və dostunu gəzintiyə çıxmaq istədiyini deyərək cinayət törətməyə aparıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, 29 yaşlı kişi onları bu cür aldadaraq internet vasitəsi ilə aldığı narkotiki götürməyə gedib.
Proses zamanı polis əməkdaşları kişini izləyirdilər. Nəticədə hər üç şəxs polislər tərəfindən saxlanılıb. Dost və qadının heç nədən xəbərləri olmadıqları sonradan məlub olub və onlar sərbəst buraxılıblar.
Kişinin üzərində külli miqdarda narkotik olan qab aşkar edilib. Təqsirləndirilən şəxs günahını etiraf edib və istintaqa fəal kömək edib. İndi onu 10 ilə qədər həbs gözləyir.
Medianews.az