Türkiyənin Bursa şəhərində qeyri-qanuni yollarla 5 metrlik mağaranı qazan 3 xəzinə ovçusu generatordan sızan qazdan zəhərlənərək ölüblər.
Mediaenews.az xəbər verir ki, həyatını itirən xəzinə ovçularından Teyfik Özdemir və Okan Özdemirin ata-oğul, İbrahim Ergünün isə ailə dostları olduğu müəyyən edilib.
Xəzinə ovçularının cəsədləri prokurorluq tərəfindən araşdırıldıqdan sonra qruplar tərəfindən marağadan çıxarılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Mediaenews.az