Böyük Britaniyanın Uiltşir əyalətindən olan həkim xəstələrinə təcavüz etməkdə günahlandırılıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, altı qadın 40 yaşlı doktor Tomas Plimmerin klinikada görüş zamanı onları təqib etdiyini, sonra isə onları təcavüz etdiyini bildirib.
Təqsirləndirilən şəxs xəstələrlə razılıq əsasında cinsi əlaqədə olduğunu iddia edir. Həkimin sözlərinə görə, o da psixi pozğunluqdan əziyyət çəkir və özünü idarə edə bilmir.
Plimmerin lisenziyası ləğv edilib və o, ittihamlarla üzləşib. Terapevtin gələcək taleyini məhkəmə müəyyən edəcək.
Medianews.az