Venesuelanın gözəllik kraliçası Wilevis Brito üzündə cərrahiyyə əməliyyatı keçirdikdən sonra infarkt keçirib.
Medianews.az xəbər verir ki, 24 yaşlı model çənə əməliyyatı keçirdiyi, həkimin dodağındakı kütləni çıxardığı və çənəsindəki aşınmanı müalicə etdiyi öyrənilib.
Əməliyyatdan sonra ciddi fəsadlar yaşayan Brito dünyasını dəyişib.
Qeyd edək ki, gənc model Venesuelada 2021-ci ildə keçirilən gözəllik yarışmasında ikinci olub. O bir neçə il əvvəl Argentinaya mühacirət edib və Buenos-Ayresdəki “Interamerican Open” Universitetində sosial kommunikasiyalar üzrə təhsil alıb. Brito eyni zamanda xəbər aparıcısı da olub.
Medianews.az