Rusiyanın İrkutsk vilayətində məhkəmə İlya İonovu “M.K.U.”da (Rusiyada qadağan olunmuş terror təşkilatı) iştirak etdiyinə görə 14 il müddətinə azadlıqdan məhrum edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, məhkum təbliğat məqsədilə messencer vasitəsilə bu qurumun fəaliyyəti ilə bağlı materiallar göndərib.
25 aprel 2023-cü ildə o, yoldan keçənə hücum edərək onu yumruq və təpiklə vurub, sonra isə qurbanın üzünə yandırıcı sprey sıxıb. Aprelin 27-də İonov yenidən həmin şəxsə yaxınlaşıb və eyni hərəkəti təkarar edib. Onun başqa millətlərin nümayəndələrinə hücum etdiyi qeyd edilir.
İonov cəzasını ciddi rejimli koloniyada çəkəcək. O, həmçinin 100 min rubl məbləğində cərimə edilib və üç il müddətinə vebsaytın administrasiyası ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Medianews.az