Diş həkimi Brittani Seymur deyir ki, dişlərinizi sağlam saxlamaq üçün onları gündə iki dəfə flüorlu diş pastası ilə fırçalamaq kifayətdir.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, həkim və onun həmkarları düzgün diş baxımının sirlərini açıqlayıblar.
Həkim Marqarita Fontana əlavə edib ki, dişlərinizi fırçaladıqdan sonra ağzınızı su ilə yaxalamaq olmaz. “Bunu etdiyiniz zaman diş pastasının tərkibindəki aktiv maddələri yuyursunuz” dedi. O, su əvəzinə fluorid tərkibli ağız qarqarasından istifadə etməyi tövsiyə edib.
Bütün həkimlərin sağlamlıq üçün mümkün qədər çox su içməyi tövsiyə etməsinə baxmayaraq, bəzi diş həkimləri çox maye içməyin diş sağlamlığınıza zərərli olduğunu iddia edirlər. Belə ki, diş həkimi Elli Fillips hesab edir ki, su ağız boşluğu xəstəliklərinin qarşısının alınması üçün zəruri olan tüpürcəyi yuyur.
“Tüpürcək dişlərin sağalmasına kömək edə bilər, çünki tərkibində çoxlu vacib minerallar, immun hüceyrələri və diş ətinin sağalması üçün lazım olan zülallar var”, – həkim bildirib.
Medianews.az