Aprelin 11-də paytaxtın Səbail rayonu ərazisində yerləşən kafelərin birindən içərisində 530 manat, 2000 manat dəyərində üzük, bank kartı və sənədlər olan çantanın oğurlanması barədə rayon polis idarəsinin 39-cu Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə əlaqədar məhkum olunmuş Mahir Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.