Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.
Bu barədə Medianews.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. 8 aprel saat 10:00-a olan məlumata əsasən, 16 682 bakalavr (Azərbaycan bölməsi – 15 565; rus bölməsi – 1 117) ərizəsini təsdiq edib.
Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1 000 nəfər), eləcə də digər bakalavrlar mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə bilərlər.